Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Yaralılar var

Azərbaycanda dəhşətli qəza: Yaralılar var

REDAKTORUN SEÇİMİ

886

19.06.2021, 22:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "NİVA" markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü, 1949-cu il təvəllüdlü Atlıyev Tapdıq Cəlal oğlu ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəiyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.