Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Azərbaycanda dəhşətli hadisə: Ölənlər və yaralılar var

Son dəqiqə! Azərbaycanda dəhşətli hadisə: Ölənlər və yaralılar var

REDAKTORUN SEÇİMİ

2928

19.06.2021, 15:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com -a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.