Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Məşhur dini xadim vəfat etdi

SON DƏQİQƏ! Məşhur dini xadim vəfat etdi

REDAKTORUN SEÇİMİ

7118

11.06.2021, 09:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Oxu24.com -un  məlumatına görə, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən bildirilib.

13 iyun 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb.

1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib.

2012-ci ildən bəri dərəcəsi arxiyepiskopdur.