Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
6582
10.05.2021, 20:34
Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.
Bundan əlavə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə ünvanına cəlb olunan FHN XRXX-nin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
10:45 / 12 Noyabr 2026
13
10:39 / 12 Noyabr 2026
39
10:36 / 12 Noyabr 2026
38
10:27 / 12 Noyabr 2026
127
10:20 / 12 Noyabr 2026
56
10:18 / 12 Noyabr 2026
64
10:05 / 12 Noyabr 2026
148
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
79
09:42 / 12 Noyabr 2026
187
09:36 / 12 Noyabr 2026
88
09:22 / 12 Noyabr 2026
603
08:13 / 12 Noyabr 2026
204
08:05 / 12 Noyabr 2026
67
07:20 / 12 Noyabr 2026
132
03:10 / 12 Noyabr 2026
154
01:25 / 12 Noyabr 2026
274
00:55 / 12 Noyabr 2026
247
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.