Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...

REDAKTORUN SEÇİMİ

10188

23.03.2021, 11:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Milli Hidrometeorologiya Xidməti martın 23-ü meteohəssas insanları diqqətli olmağa çağırır.
Oxu24.com Trend-ə istinadla məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 23-24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Arabir güclənəcək qərb küləyi əsəcək. Gecə saatlarında 5-7, günorta saatlarında isə 13-18 dərəcə isti olacaq".
Bölgələrdə də havanın qeyri-sabit keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq: "Bölgələrdə gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, 23-ü axşam və 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı istisna olunmur. Havanın temperaturu günorta 15-20, dağlıq ərazilərdə isə 5-8 dərəcə isti olacaq". Qeyri-sabit hava şəraitinin martın 25-nə kimi davam edəcəyi gözlənilir.