Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2648
23.03.2021, 09:23
Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunduqdan sonra onun villasının üzərindəki Azərbaycan və Türkiyə bayraqları çıxarılıb.
KONKRET.az xəbər verir ki, generalın villası Bakının ən bahalı məhəllələrindən biri olan Həzi Aslanov qəsəbəsində yerləşir. Vətən müharibəsi dövründə üçmərtəbəli villanın üzərində iki ölkənin bayraqları asılmışdı. Ancaq general həbs olunduqdan sonra, iki gün əvvəl evin üzərində hər iki bayraq çıxarılıb. Bayrağı çıxaran şəxslərin R.Əkbərovun ailə üzvləri olmadığı bildirilir. Onlar ərazidə çəkiliş aparılmasına icazə verməyiblər.
Xatırladaq ki, R,Əkbərov qətldə ittiham olunur.
Baş Prokurorluğun Mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.
Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan ediib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cebhe.info
09:46 / 13 Noyabr 2026
1
09:44 / 13 Noyabr 2026
15
09:38 / 13 Noyabr 2026
45
09:34 / 13 Noyabr 2026
81
09:33 / 13 Noyabr 2026
47
09:31 / 13 Noyabr 2026
52
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
773
01:42 / 13 Noyabr 2026
17
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1590
23:51 / 12 Noyabr 2026
204
23:40 / 12 Noyabr 2026
268
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1072
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
23:03 / 12 Noyabr 2026
149
23:02 / 12 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.