Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1847
07.03.2021, 19:12
Qazaxın işğal altında olan 7 kəndinin boşaldılması ilə bağlı xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, erməni mənbələr Barxudarlı kəndinin boşaldığını, digər kəndlərin (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) təhvil verilməsi ilə bağlı işlər aparıldığını yazır.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyir: "Hazırda Azərbaycan əsgərləri və sülhməramlılar Tavuş bölgəsinin keçmiş Barxudarlı kəndi yaxınlığındakı Azatamut icmasında sərhədin demarkasiya işlərini aparır.
Soydaşlarımıza yaxınlaşaraq, çayın üzərindəki anbarları və evləri boşaltmağı tələb ediblər. Biz qaytarırıq, lakin Azərbaycan Artsvaşeni (Başkənd) bizə qaytarmır".
Başkənd SSRİ vaxtında erməni anklavı olaraq tanınıb. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılacağı təqdirdə, Başkəndin də qaytarılacağı haqda fikirlər var idi.
Azərbaycanın Ermənistan tərəfdə qalan üç anklavı var: Kərki kəndi, Qazaxın Barxudarlı və Aşağı Əskipara kəndləri.
Barxudarlı anklavının boşaldığı xəbərləri doğrudursa, bu, digər kəndlərin azad edilməsinin daha tez baş verəcəyini deməyə əsas verir.
Azatamut icmasının rəhbəri Artur Beqinyan demarkasiya işlərinin aparıldığı xəbərini təkzib edib, lakin qeyd edib ki, onu müxtəlif yerlərdən çağırırlar.
“Bölgədə rusların olduğu dəqiqdir, ancaq hansı məqsədlə burdadırlar, onu bilmirəm”, - icma rəhbəri qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi yayılan xəbərləri təkzib edib. Erməni jurnalistlər isə Tavuş valisinin zənglərə cavab vermədiyini yazırlar. Daha sonra vali Hayk Çobanyan məlumatları təkzib edən yazılı açıqlama verib.
Bütün bunların fonunda bir fakt xüsusi diqqət çəkir: Tavuş bölgəsində olan erməni Vardan Zakaryan Feysbuk hesabında yazır ki, ona verilən sürücülük vəsiqəsində doğum yeri kimi Azərbaycan göstərilib...

15:01 / 13 Noyabr 2026
43
14:59 / 13 Noyabr 2026
109
14:50 / 13 Noyabr 2026
57
14:46 / 13 Noyabr 2026
69
14:33 / 13 Noyabr 2026
75
14:24 / 13 Noyabr 2026
352
14:17 / 13 Noyabr 2026
336
14:12 / 13 Noyabr 2026
75
14:05 / 13 Noyabr 2026
139
14:00 / 13 Noyabr 2026
82
13:43 / 13 Noyabr 2026
162
13:41 / 13 Noyabr 2026
82
13:20 / 13 Noyabr 2026
83
13:05 / 13 Noyabr 2026
185
12:57 / 13 Noyabr 2026
130
12:45 / 13 Noyabr 2026
121
12:32 / 13 Noyabr 2026
164
12:20 / 13 Noyabr 2026
107
12:17 / 13 Noyabr 2026
104
12:08 / 13 Noyabr 2026
772
11:55 / 13 Noyabr 2026
144
11:45 / 13 Noyabr 2026
212
11:40 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.