Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Bakıda bir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqaməti dəyişib

DİQQƏT! Bakıda bir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqaməti dəyişib

REDAKTORUN SEÇİMİ

1864

02.03.2021, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tennis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaradıb.

Bu barədə Oxu24.com-a  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.

6, 88 və 88 A nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.

88 nömrəli müntəzəm marşrut “Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.

202 nömrəli müntəzəm marşrut “Nəriman Nərimanov ” metrostansiyası istiqamətində Süleyman Sani Axundov – Şövkət Məmmədova küçələri ilə təşkil edilib.