Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1567
21.02.2021, 11:29
Ölkədə koronaya yoluxma sayında artım gözlənilir.
Oxu24.com bildirir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, yumşaldılmalarla bağlı qərarlar və metronun bağlı olması bu ehtimalı çoxaldır:
"Karantin qaydalarında müəyyən qədər yumşaldılmalara gedilib. Orta və ali məktəblərdə ənənəvi tədrisin qismən bərpası, ictimai nəqliyyatda müşahidə edilən sıxlıq və s. halları nəzərə alsaq, ölkədə koronavirusa yoluxma sayında artım ehtimalı qalır. Bu məsələ ilə bağlı əvvəldən dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, karantin qaydalarında yumşaldılmalara gedilməsi qərarlarını sıx-sıx vermək olmaz. Yəni bununla bağlı verilən hansısa qərardan bir neçə həftə sonra digər sahə üzrə yumşaldılmalara gedilə bilər. Karantinin sərtləşməsi isə o zaman ola bilər ki, yoluxma sayı kəskin artsın. Bununla bağlı proses ən azı 2 həftə izlənəcək. Artım olsa, növbəti yumşalmalar yəqin ki, təxirə salınacaq".
Aydın Əliyev onu da qeyd edib ki, növbəti qarar metronun açılması ilə bağlı verilməlidir:
"İndiki durumda hesab edirəm ki, metro fəaliyyətini bərpa etməlidir. Çünki avtobuslarda həddindən çox sıxlıq var. Metro qapalı məkan olsa da, ventilyasiya sistemi mövcuddur.
Buna görə də metro barədə "qapalı məkan olduğu üçün yoluxma sayı çox olacaq" kimi fikirlər doğru deyil. Avtobuslardakı sıxlıqlar yoluxma sayını çoxalda bilər, nəinki metronun açılması. Marşrutlar Bakıda sərnişin yükünü tam həcmdə çəkmək imkanına malik deyil. Ona görə də metronun açılması və sərnişin sıxlığının azaldılması vacibdir".
22:36 / 13 Noyabr 2026
7
22:18 / 13 Noyabr 2026
56
22:13 / 13 Noyabr 2026
61
22:03 / 13 Noyabr 2026
82
21:43 / 13 Noyabr 2026
614
21:36 / 13 Noyabr 2026
79
21:29 / 13 Noyabr 2026
103
21:24 / 13 Noyabr 2026
75
21:03 / 13 Noyabr 2026
91
20:58 / 13 Noyabr 2026
99
20:50 / 13 Noyabr 2026
1022
20:41 / 13 Noyabr 2026
127
20:37 / 13 Noyabr 2026
98
20:35 / 13 Noyabr 2026
83
20:20 / 13 Noyabr 2026
104
20:09 / 13 Noyabr 2026
339
20:06 / 13 Noyabr 2026
97
20:05 / 13 Noyabr 2026
99
19:58 / 13 Noyabr 2026
335
19:53 / 13 Noyabr 2026
230
19:41 / 13 Noyabr 2026
131
19:38 / 13 Noyabr 2026
777
19:35 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.