Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda 3 nəfərin öldüyü qəza yerindən FOTO YAYILDI +ADLAR

Ucarda 3 nəfərin öldüyü qəza yerindən FOTO YAYILDI +ADLAR

REDAKTORUN SEÇİMİ

1294

20.02.2021, 23:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar - Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Qaraxan Mənsur oğlu Qüdrətov və Oruc Mahir oğlu Tağızadədir. Qəzada düynasını dəyişənlərdən biri "Mercedes" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tural İlham oğlu Həmzəyevdir.

Qəzada ölən digər 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.