Bu şəxslərin PENSİYASI ARTIRILA BİLƏR
20 May 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4373
08.09.2020, 10:13
Balakən polisi narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
Oxu24.com -un xəbərinə görə, rayonun Kortala kəndi ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan İsayev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin becərildiyi ərazidə ümumi çəkisi 7 kiloqramdan artıq olan 54 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqın gedişi zamanı məlum olub ki, Rizvan İsayev həbsdə olarkən tanış olduğu rayonun Mahamalar kənd sakini Xalid Novruzov və onun tanışı, “Baron Eyvaz” ləqəbi ilə tanınan Eyvaz Qocayevlə qabaqcadan əlbir olaraq, may ayında 400 ədəd çətənə bitkisinin şitillərini həmin şəxslərdən alıb, evinin həyətyanı sahəsində becərib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının iyun ayında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə Xalid Novruzov saxlanılıb. “İş ortağı”nın tutulmasından sonra qorxuya düşən Rizvan İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, Xalid Novruzovun həbs olunmasından sonra onun həyat yoldaşı Elnarə Keysərovskaya, Eyvaz Qocayev, arvadı Sara Sultanova və həmkəndliləri Vüsal Gözəlov Rizvan İsayevin yaşadığı ünvana gələrək, may ayında ona verdikləri çətənə bitkilərini geri qaytarmasını tələb ediblər. Rizvan İsayev isə həmin narkotik vasitəni yandırdığını bildirdikdə, tərəflər arasında münaqişə yaranıb və onu ölümlə hədələyiblər. Rizvan İsayevin ailəsi məsələyə qarışdıqdan sonra həmin şəxslər qorxuya düşərək ərazidən uzaqlaşıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Eyvaz Qocayev və Vüsal Gözəlov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
21:35 / 20 May 2026
5
21:33 / 20 May 2026
1
21:33 / 20 May 2026
12
21:27 / 20 May 2026
78
21:23 / 20 May 2026
26
21:15 / 20 May 2026
20
21:04 / 20 May 2026
34
20:31 / 20 May 2026
45
20:19 / 20 May 2026
67
20:17 / 20 May 2026
62
20:09 / 20 May 2026
70
19:54 / 20 May 2026
65
19:40 / 20 May 2026
170
19:29 / 20 May 2026
86
19:18 / 20 May 2026
89
19:09 / 20 May 2026
154
18:46 / 20 May 2026
305
18:40 / 20 May 2026
187
18:23 / 20 May 2026
189
18:16 / 20 May 2026
217
18:05 / 20 May 2026
235
17:50 / 20 May 2026
82
17:48 / 20 May 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.