Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA

TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

748

07.09.2020, 15:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bunu TƏBİB-in İşçi qrupunun rəhbəri Vasif Əliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar ölkədə kifayət qədər çarpayı fondu var: "Ötən müddətdə peşəkar həkim kollektivimiz formalaşdı. Bütün bunlar kompleks işlərdir və bir-biri ilə bağlıdır. Dövlət tərəfindən laborator binaların və orada xidmətin təşkili, xəstəxanalarda müayinə-müalicə xidmətinin təşkili, kadr çatışmazlığının həlli - bütün bu qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan dövləti, səhiyyəsi xalqa lazımi tibbi xidməti göstərdi və bu xidmətin göstərilməsini davam etdirir”.