Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

REDAKTORUN SEÇİMİ

629

06.09.2020, 09:40

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
Oxu24.com "Report"a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.
S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur. Faktla bağlı araşdırma aparılır.