Bu şəxslərin PENSİYASI ARTIRILA BİLƏR
20 May 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
546
04.09.2020, 17:10
Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb.
Bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin 2 gün əvvəl efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.
Məsələ ilə BNA-nın açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür: “Layihənin həyata keçirilməsi nəticəsində sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək: "Qeyd edək ki, son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Bildiririk ki, Bakı Nəqliyyat Agentliyi daxil olan rəy və təkliflər də nəzərə almaqıla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik".
Həmçinin oxuyun
18:16 / 20 May 2026
1
18:05 / 20 May 2026
24
17:50 / 20 May 2026
34
17:48 / 20 May 2026
36
17:10 / 20 May 2026
44
17:03 / 20 May 2026
73
17:00 / 20 May 2026
47
16:39 / 20 May 2026
60
16:34 / 20 May 2026
311
16:31 / 20 May 2026
57
16:21 / 20 May 2026
148
16:19 / 20 May 2026
50
16:11 / 20 May 2026
70
16:02 / 20 May 2026
225
15:54 / 20 May 2026
144
15:51 / 20 May 2026
57
15:42 / 20 May 2026
67
15:36 / 20 May 2026
173
15:31 / 20 May 2026
60
15:19 / 20 May 2026
397
15:16 / 20 May 2026
217
15:01 / 20 May 2026
326
14:57 / 20 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.