Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2069
04.09.2020, 15:53
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Oxu24.com-a Baş Prokurorluqdan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19:05 / 16 Noyabr 2026
21
18:58 / 16 Noyabr 2026
25
18:52 / 16 Noyabr 2026
46
18:45 / 16 Noyabr 2026
48
18:41 / 16 Noyabr 2026
55
18:35 / 16 Noyabr 2026
100
18:23 / 16 Noyabr 2026
71
18:17 / 16 Noyabr 2026
95
18:16 / 16 Noyabr 2026
57
18:05 / 16 Noyabr 2026
78
18:04 / 16 Noyabr 2026
78
17:55 / 16 Noyabr 2026
81
17:50 / 16 Noyabr 2026
315
17:47 / 16 Noyabr 2026
79
17:30 / 16 Noyabr 2026
94
17:26 / 16 Noyabr 2026
105
17:25 / 16 Noyabr 2026
90
17:25 / 16 Noyabr 2026
112
17:19 / 16 Noyabr 2026
103
17:12 / 16 Noyabr 2026
97
17:10 / 16 Noyabr 2026
99
17:01 / 16 Noyabr 2026
106
16:55 / 16 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.