Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: çox sayda YARALI VAR - FOTO

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: çox sayda YARALI VAR - FOTO

REDAKTORUN SEÇİMİ

2356

06.07.2020, 01:18

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı biri 6 yaşlı uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Oxu24.com  Apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət alıb. Sərnişinlərin arasında 6 yaşlı uşaq da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.