Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
831
15.06.2020, 17:36
Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edir.
Məsələ ilə bağlı “Ölkə.Az”ın əməkdaşı Bəhram Bağırzadənin dostu, jurnalist Sənan Şəfizadə ilə əlaqə saxlayıb. O, Əməkdar artistin son vəziyyəti barədə məlumat verib.
“Son məlumat kimi onu deyə bilərəm ki, EKMO aparatına qoşulandan sonra onun vəziyyəti cüzi stabilləşib. Bəhramın sağalması üçün həkimlər əllərindən gələn koməyi əsirgəmirlər, mütəmadi xaricdəki həmkarlarıyla lazımi məsləhətləşmə aparırlar. Dövlət Bəhram Bağırzadənin durumunu öz nəzarətinə götürüb. Bəhramı hamı çox istəyir, ona görə onun tezliklə ayağa qalxması üçün dua edirik”,- deyə o, qeyd edib.
Əməkdaşımızın “Yaxınlarının onu görməsi üçün yanına buraxırlar, yoxsa həkimlər buna icazə vermir?” sualına S. Şəfizadə belə cavab verib.
“Bu barədə heç bir məlumatım yoxdur. Biz ancaq həkim və tibbi personalla telefon əlaqəsi yaradırıq”.
Daha sonra o, sonuncu dəfə Bəhram Bağırzadə ilə şənbə günü ünsiyyətdə olduğunu deyib.
“Ötən həftə Bəhramla telefonda danışanda özünü yaxşı hiss etdiyini, narahatlığa heç bir səbəbin olmadığını bildirdi. Mən də ona inandım. Sonradan vəziyyətinin ciddi olduğu məlum oldu. Demək olar ki, onunla hər gün danışırdıq. Şənbə günü mənə bir müddət telefona cavab verə bilməyəcəyini söylədi. Daha sonra isə vəziyyətinin ağırlaşdığını və Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini öyrəndim”.
Sənan Şəfizadə Bəhram Bağırzadəni xəstəliyi ilə özünü reklam etməkdə günahlandıranlara da ismarıc yollayıb.
“Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir, insan özünü sağlamlığı ilə necə reklam edə bilər? Bu cür sözləri yayanlara demək istəyirəm ki, onun heç bir reklama ehtiyacı yoxdu”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Xatırladaq ki, Əməkdar artistinin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
16:55 / 12 May 2026
47
16:53 / 12 May 2026
43
16:27 / 12 May 2026
86
16:11 / 12 May 2026
76
15:49 / 12 May 2026
72
15:42 / 12 May 2026
119
15:31 / 12 May 2026
74
15:30 / 12 May 2026
593
15:26 / 12 May 2026
383
15:15 / 12 May 2026
84
15:04 / 12 May 2026
75
14:55 / 12 May 2026
74
14:50 / 12 May 2026
72
14:44 / 12 May 2026
79
14:38 / 12 May 2026
72
14:35 / 12 May 2026
82
14:25 / 12 May 2026
67
14:23 / 12 May 2026
95
14:21 / 12 May 2026
83
13:49 / 12 May 2026
495
13:48 / 12 May 2026
103
13:34 / 12 May 2026
91
13:11 / 12 May 2026
913
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.