Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31834
az

Ramazanda fitrə nə vaxtadək verilməlidir? — Hacı Şahindən AÇIQLAMA

08:3423 May, 2020
1128
  • A
On bir ayın sultanı mübarək Ramazan ayı başa çatmaq üzrədir. Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa ibadətlər də var. Bunlardan biri də bayram gününün vacib əməli fitrə zəkatıdır. Ramazan ayı bitmədən maddi imkani normal olan hər bir müsəlman fitrə sədəqəsi verməlidir. Oxu24.com -un məlumatına görə, bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bildirir ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir. Fitrənin ümumi miqdarı isə ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il 10-15 manat həcmində müəyyənləşdirib. İlahiyyatçının sözlərinə görə, zəkat verənlər həmin ərzaqların qiymətinə əsasən verəcəyi fitrənin məbləğini özləri də müəyyənləşdirə bilərlər. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı mayın 24-nə təsadüf edir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu