İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5292
02.05.2020, 20:43
Qazaxıstanın ölkəmizdəki Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.
Xarici İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycanın Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. Görüş zamanı Xələf Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.
Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Həmçinin insident nəticəsində həyatını itirmiş vətəndaşın nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.
Səfir Serjan Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verib və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını bildirib.
Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş vətəndaşın nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün Səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini qeyd edib.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.