Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
918
25.04.2020, 13:52
Azerforum.com xəbər verir ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesində əsas işlər yekunlaşmaq üzrədir.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Artıq genişləndirilən hərəkət zolaqlarında asfalt döşənməsi prosesi aparılır. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb. Bundan başqa, magistral yolun təqribən 8-ci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək".
A.Nəcəfli deyib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağı salınır, əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı 4-ə çatdırılacaq:
"Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan "buta şəkilli adacıq" vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq".
Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yolun, həmçinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir. Qurum rəsmisi Bakı metropoliteninin "20 yanvar" stansiyasının çıxışlarından birinin sökülməsi məsələsinə də aydınlıq gətirib:
"Stansiyanın "Azərsu" istiqamətinə çıxışı ləğv edilməyib. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa "20 Yanvar" dairəsinin ölçülərinin dəyişdirilərək "oval" formada, həmçinin keçmiş "velotrek"in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün işlər görülür. Buna görə də metrostansiyanın həmin istiqamətə çıxışı sökülərək irəli çəkilir. Əsas işlər may ayında yekunlaşdırılacaq. Ümumi yenidənqurma işlərinin isə iyun ayınadək başa çatması nəzərdə tutulur". (trend)
14:32 / 19 Noyabr 2026
1
14:26 / 19 Noyabr 2026
43
14:15 / 19 Noyabr 2026
50
14:11 / 19 Noyabr 2026
52
14:03 / 19 Noyabr 2026
88
13:53 / 19 Noyabr 2026
91
13:47 / 19 Noyabr 2026
82
13:43 / 19 Noyabr 2026
88
13:38 / 19 Noyabr 2026
90
13:34 / 19 Noyabr 2026
94
13:28 / 19 Noyabr 2026
87
13:22 / 19 Noyabr 2026
84
13:15 / 19 Noyabr 2026
96
13:09 / 19 Noyabr 2026
124
12:56 / 19 Noyabr 2026
117
12:45 / 19 Noyabr 2026
94
12:41 / 19 Noyabr 2026
124
12:27 / 19 Noyabr 2026
96
12:13 / 19 Noyabr 2026
100
12:07 / 19 Noyabr 2026
102
11:57 / 19 Noyabr 2026
113
11:45 / 19 Noyabr 2026
111
11:30 / 19 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.