Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: “Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanov 6,27%, Xətai 5,81%, Abşeron 5,69%, Nizami və Suraxanı 5,11%, Xəzər 4,53%, Sumqayıt 3,72%, Qaradağ 3,02%, Səbail 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb”.
Oxu24.com
ŞƏRHLƏR