Qaynar xətt:

(+99450) 247 90 86

Sərhədlərin açılması ilə bağlı yeni xəbər

Sərhədlərin açılması ilə bağlı yeni xəbər

REDAKTORUN SEÇİMİ

797

24.04.2020, 16:07

Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.

Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq qarşılıqlı dialoqlar başlayıb:

"Əlbəttə ki, sərhədlər açılacaq, ticarət davam edəcək. Amma bütün ölkələrin birlikdə çalışması və bir-birilərinə güvənməsi çox vacibdir”.