Kolleclərə tələbə qəbulunda "Fiziki tərbiyə müəllimliyi" ixtisası ləğv edilib
04 May 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1053
22.04.2020, 15:12
190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün aprelin hansı tarixində müraciət etməsindən asılı olmayaraq, həmin ayda bu vəsaiti almaq hüququ olan bütün işsiz vətəndaşlara aprel ayı üçün ödəmə həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, bu vəsaiti almaq üçün vətəndaş ilk növbədə işsiz kimi qeydiyyata alınmalıdır.
B.Hüseynov əlavə edib ki, vətəndaş aprel ayının sonuncu günündə belə işsiz kimi qeydiyyata alınarsa və bu ödəməni almaq hüququ verilərsə, ona aprel ayı üçün ödəniş həyata keçiriləcək:
Həmçinin oxuyun
“Xüsusi karantin rejiminin müddəti mayın 4-dək artırılıb. Buna görə də vətəndaşlar vəsaiti almaq üçün müraciətlərini davam etdirə bilərlər. Vətəndaşın hansı gün ərzində qeydiyyata alınmasına baxmayaraq, o, aprel ayı üçün birdəfəlik ödəməni tam olaraq, ala biləcək. Aprel ayında qeydiyyatdan keçən və müavinət almaq hüququ verilən bütün vətəndaşlara birdəfəlik ödəmənin ödənişi mayın əvvəlinədək başa çatdırılacaq”.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilmir. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alan şəxslərə də şamil olunur.
01:34 / 07 May 2026
18
00:58 / 07 May 2026
54
00:01 / 07 May 2026
66
23:48 / 06 May 2026
214
23:45 / 06 May 2026
66
23:41 / 06 May 2026
58
23:34 / 06 May 2026
53
23:30 / 06 May 2026
2918
23:29 / 06 May 2026
364
23:29 / 06 May 2026
80
23:27 / 06 May 2026
190
23:20 / 06 May 2026
112
23:16 / 06 May 2026
65
23:08 / 06 May 2026
67
23:02 / 06 May 2026
68
23:00 / 06 May 2026
181
23:00 / 06 May 2026
126
22:46 / 06 May 2026
291
22:45 / 06 May 2026
63
22:24 / 06 May 2026
179
22:23 / 06 May 2026
168
22:12 / 06 May 2026
74
21:59 / 06 May 2026
258
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.