Kolleclərə tələbə qəbulunda "Fiziki tərbiyə müəllimliyi" ixtisası ləğv edilib
04 May 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2942
22.04.2020, 10:56
Azərbaycanda sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilir.
Oxu24.com xəbər veirr ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Sənəddə deyilir ki, hazırda Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər.
Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5% azalma deməkdir.
Həmçinin oxuyun
Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər.
Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişikliklərdən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, cəmi vergi və sosial yükü 39 manata enəcək.
Bu, bütövlükdə 51,5% azalma deməkdir. //Report.az
01:34 / 07 May 2026
18
00:58 / 07 May 2026
54
00:01 / 07 May 2026
66
23:48 / 06 May 2026
214
23:45 / 06 May 2026
66
23:41 / 06 May 2026
58
23:34 / 06 May 2026
53
23:30 / 06 May 2026
2918
23:29 / 06 May 2026
364
23:29 / 06 May 2026
80
23:27 / 06 May 2026
190
23:20 / 06 May 2026
112
23:16 / 06 May 2026
65
23:08 / 06 May 2026
67
23:02 / 06 May 2026
68
23:00 / 06 May 2026
181
23:00 / 06 May 2026
126
22:46 / 06 May 2026
291
22:45 / 06 May 2026
63
22:24 / 06 May 2026
179
22:23 / 06 May 2026
168
22:12 / 06 May 2026
74
21:59 / 06 May 2026
258
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.