İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1348
21.04.2020, 19:36
Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.
Nahid Bağırova töhmət Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib.
Oxu24.com -un məlumatına görə, Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib.
2000-2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.
2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib. 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə "Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi" adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvü seçilib. 2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini təyin edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
23:16 / 26 Oktyabr 2026
1
23:08 / 26 Oktyabr 2026
24
22:58 / 26 Oktyabr 2026
49
22:56 / 26 Oktyabr 2026
51
22:51 / 26 Oktyabr 2026
49
22:34 / 26 Oktyabr 2026
203
22:30 / 26 Oktyabr 2026
63
22:11 / 26 Oktyabr 2026
62
22:11 / 26 Oktyabr 2026
59
22:04 / 26 Oktyabr 2026
78
22:02 / 26 Oktyabr 2026
70
21:58 / 26 Oktyabr 2026
65
21:53 / 26 Oktyabr 2026
150
21:44 / 26 Oktyabr 2026
68
21:32 / 26 Oktyabr 2026
69
21:30 / 26 Oktyabr 2026
71
21:05 / 26 Oktyabr 2026
1035
21:02 / 26 Oktyabr 2026
81
20:56 / 26 Oktyabr 2026
93
20:30 / 26 Oktyabr 2026
91
20:26 / 26 Oktyabr 2026
86
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.