Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan polisi hərəkətə keçdi:  Xeyli sayda həbs olunan var

2020/04/12/1586640863_1586639042190_fvoijnul.jpeg

REDAKTORUN SEÇİMİ

982

12.04.2020, 01:33

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq nəzərdə tutulan tədbirlər Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən icra olunur.
APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşları xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırır. Küçədə və avtomobillərdə, olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara 8103 SMS xidməti vasitəsilə icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan küçəyə çıxan şəxslər barədə qanunauyğun müvafiq tədbirlər görülür.
Ağsu Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən növbəti reyd zamanı maskadan istifadə etməyən sürücülər saxlanılıb, onlar polis əməkdaşları tərəfindən təlimatlandırlıb və onlara maska təqdim edilib. Bəzi sakinlər isə icazə almaq üçün SMS göndərməyi bacarmadıqlarını bildiriblər. Sürücülər isə maska taxmadıqlarına görə müxtəlif bəhanələr gətiribər. Şöbəsdən verilən məlumata görə, ölkədə ciddi karantin rejimi tətiq olunandan indiyədək 165 nəfərə cərimə protokolu tətbiq olunub. Altı nəfər isə məhkəmənin qərarına əsasən, 20 günlük həbs edilib. Bu istiqamətdə tədbirlər müəyyən olunmuş karantin rejimi müddətində davam etdiriləcək.