Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
618
25.02.2020, 12:48
İranda koronavirusa yoluxaraq ölənlərin sayında artımın olması sərhəddə yerləşən cənub bölgəsində, insanlar arasında narahatlığa səbəb olub.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, xüsusilə də son günlər guya Lənkəranda 30-dan çox uşağın xəstəxanaya yerləşdirilməsi və koronavirus təhlükəsi olması ilə bağlı əhali arasında məlumat yayılıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. Xəstəxanada iş rejimi adi qaydada davam edir və xəstələrdə koronavirus təhlükəsi yoxdur.
Yolxucu Xəstəliklər Şöbəsinin müdiri Zəfər Fərzəliyev deyir ki, yayılan rəqəmlər həqiqəti əks etdirmir: “Həmin xəstələr başa salınıb, evə qayıdıblar. Son 2-3 gündə mən də insanlardan eşitdim bu hadisəni. Hazırda 3 xəstəmiz var ki, onlardan 2-də virus hepatiti olub, digərində su çiçəyi. Xəstələr də sağalıb buraxmışıq evlərinə. Hazırda bir xəstəmiz stasionar müalicədədir, virus hepatitdir. Bu adi bir qripdir, o demək deyil ki, biz indi vahimə içində yaşayaq, heç bir narahatlığa səbəb yoxdur”.
Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır: “Gündə 10-15, hətta bizim şəhərimiz mərkəz olduğuna görə, ətraf rayonlardan da bizim xəstəxanaya gəlirlər. Heç bir artım yoxdur. Şişirdilmiş söhbətlərdir, yalandır. Bu, payız-qış mövsümündə olan kəskin respirator xəstəliklərlə əlaqədardır. Sizi əmin edə bilərəm ki, heç bir təhlükə yoxdur”.
Həmçinin oxuyun
Xəstəxanaya müraciət edən valideynlər də heç bir təhlükəli qripdən söhbət getmədiyini təsdiqləyirlər: “3 gündür oğlumda qızdırma var idi, şükür Allaha yaxşıdır. Qızım da o vəziyyətdə idi. İndi gətirmişəm bura. Sadəcə olaraq soyuqdəymədir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğunu və heç bir şübhəli hal olmadığı barədə açıqlama yayıb.
11:31 / 26 Aprel 2026
46
11:29 / 26 Aprel 2026
34
00:36 / 26 Aprel 2026
184
00:19 / 26 Aprel 2026
252
23:40 / 25 Aprel 2026
149
23:22 / 25 Aprel 2026
166
23:11 / 25 Aprel 2026
144
22:39 / 25 Aprel 2026
253
22:26 / 25 Aprel 2026
148
22:06 / 25 Aprel 2026
212
21:58 / 25 Aprel 2026
232
21:47 / 25 Aprel 2026
136
21:19 / 25 Aprel 2026
164
20:56 / 25 Aprel 2026
208
20:35 / 25 Aprel 2026
207
20:20 / 25 Aprel 2026
291
20:06 / 25 Aprel 2026
178
19:42 / 25 Aprel 2026
152
19:28 / 25 Aprel 2026
165
19:03 / 25 Aprel 2026
153
18:53 / 25 Aprel 2026
156
18:18 / 25 Aprel 2026
186
18:09 / 25 Aprel 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.