Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
20 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1519
20.02.2020, 16:21
İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın xəbərinə görə, 50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb.
M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt olmadığı üçün bu barədə danışmayıb.
S.Hacıyevin sözlərinə görə, R.Əhmədovun bacıları onlara qonaq gəldiyi gün həyat yoldaşı M.Hacıyevanı da evlərinə dəvət ediblər. Gecə hamı yatandan sonra, M.Hacıyeva R.Əhmədovla mətbəxdə görüşüb. Onlar mətbəxdə qucaqlaşdıqları vaxt R.Əhmədovun həyat yoldaşı bunu görüb. Hadisələrin gedişi bundan sonra sürətlənib.
Belə ki, hadisədən sonra ailəsində ciddi problemləri olan R.Əhmədovun həyat yoldaşı evdən gedib. Bundan sonra M.Hacıyeva onlara köçüb. Hazırda cütlük Talıstan kəndində birlikdə yaşayırlar.
S.Hacıyev onu da qeyd edib ki, kənddə hamı onun həyat yoldaşını öldürəcəyini deyir:
“Oğlum zəng vurub ki, “ata, anamı öldürmüsən, dayılarım mənə deyir ki, beş gündür bacımızla əlaqə qura bilmirik. Anamı tap”. Deyirəm ki, bala, adam iti öldürməz”.
S.Hacıyevanın sözlərinə görə, həyat yoldaşı ilə məhkəmədə iştirak edib, məhkəmə onlara üç ay əlavə vaxt verib. M.Hacıyeva məhkəmədən çıxandan sonra R.Əhmədova qoşularaq, onun evinə gedib.
S.Hacıyev uşaqları haqqında yazılan məlumatların əsassız olduğunu deyib.
“Oğlum Moskvada işləyir, keçən il martda nişanlanıb. Nişanlısı 11-ci sinifdə oxuyur. Məktəbi bitirdikdən sonra evləndirəcəm. Qızım evlidir. O da çox xoşbəxtdir. Bildirim ki, Raqubun uşaqları və qohumları ondan imtina edib. Mənimlə əlaqə saxlayıb, təsəlli verirlər”.
Qeyd edək ki, R.Əhmədovun həyat yoldaşı S.Hacıyevin əmisi qızı olub.
Xatırladaq ki, İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.
Günün təklif olunan videosu:
20:33 / 20 Noyabr 2026
10
20:25 / 20 Noyabr 2026
49
20:25 / 20 Noyabr 2026
49
20:20 / 20 Noyabr 2026
43
20:18 / 20 Noyabr 2026
50
20:06 / 20 Noyabr 2026
57
20:02 / 20 Noyabr 2026
322
20:01 / 20 Noyabr 2026
50
19:50 / 20 Noyabr 2026
70
19:50 / 20 Noyabr 2026
65
19:46 / 20 Noyabr 2026
72
19:37 / 20 Noyabr 2026
89
19:37 / 20 Noyabr 2026
753
19:29 / 20 Noyabr 2026
67
19:23 / 20 Noyabr 2026
73
19:23 / 20 Noyabr 2026
68
19:16 / 20 Noyabr 2026
75
19:06 / 20 Noyabr 2026
76
18:57 / 20 Noyabr 2026
543
18:39 / 20 Noyabr 2026
83
18:30 / 20 Noyabr 2026
104
18:12 / 20 Noyabr 2026
92
18:06 / 20 Noyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.