Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! MSK Ləman Ələşrəfqızının şikayəti ilə bağlı qərar verdi

2020/02/07/1581079649_leman-el.jpg

REDAKTORUN SEÇİMİ

792

07.02.2020, 16:43

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyi qeydə alınmış Ləman İsmayılovanın həmin dairədən namizəd olan Aqiyə Naxçıvanlı ilə bağlı şikayətinə baxılıb.

Oxu24.com -un  məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü İlham Məmmədov bildirib. İ. Məmmədov deib ki, şikayətçi müraciətində rəqibinin seçkiqabağı təşviqat kampaniyasının şərtlərini pozduğunu bildirib: “Eyni zamanda seçkiqabağı təşviqat dövründə həmin dairədən namizədliyi qeydə alınmış digər namizəd Aqiyə Naxçıvanlının bir tələbənin təhsil haqqını ödədiyini iddia edib”.

MSK ərizədə daxil olan müraciəti araşdırıb. Araşdırmalara əsasən, belə bir hal müəyyən olunmayıb. Şikayət əsassız olduğundan təmin edilməyib.