Qaynar xətt:

(+99450) 247 90 86

İrandan dəhşətli təyyarə qəzası ilə bağlı şok açıqlama: “Səhvən vurulub”

İrandan dəhşətli təyyarə qəzası ilə bağlı şok açıqlama: “Səhvən vurulub”

REDAKTORUN SEÇİMİ

587

11.01.2020, 09:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İranın paytaxtı Tehranda qəzaya uğrayan Ukraynaya məxsus təyyarə ilə bağlı açıqlama yayılıb.
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə “səhvən” raket atıldığını qeyd edib.
Məhəmməd Cavad Zərif sərnişin təyyarəsinin “səhvən” vurulmasına görə üzr istəyib. “ABŞ-ın böhran zamanı səbəb olduğu insan xətası fəlakətə yol açdı. Ölənlərin ailələrindən üzr istəyirik”, - nazir açıqlamasında deyib. Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.