Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22479
az

Kənd sakinlərindən Nərminin qatili olduğu iddia edilənlərlə bağlı: “İki nəfərdirlər...”

13:1010 Yanvar, 2020
2514
REDAKTORUN SEÇİMİ
  • A
"10 yaşlı Nərminin dəhşətli ölümündə şübhəli bilinib saxlanılan şəxs müəllim oğludur”. Tovuz rayonunun Dondar Quşçu kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, həmin şəxs İbrahim müəllimin oğlu 36 yaşlı İlkindir "Hazırda kənddə bununla bağlı söz-söhbətlər gəzir. Bu gün səhər saatlarında 10 yaşlı Nərminin meyitinin uzaqdan yandığını görən və onun söndürməyə cəhd göstərən İlkini ikinci dəfə hüquq-mühafizə orqanları saxlayıb. Ondan şübhələnirlər. İlkin anası və atası ilə birlikdə yaşayır. Atası da müəllimdir”. Kənd sakinlərinin sözlərinə görə, İlkin illər öncə ali məktəbə qəbul olunsa da, səhhətində müəyyən problemlər yaranıb: "Psixoloji xəstəlikdən əziyyət çəkir. Özünə qapanıb, dinmir, kimsə ilə danışmır, bütün günü küçələrdə gəzir. Səhhəti yerində olmadığından təhsilini yarımçıq qoyub. Axı o, bunu necə edib? Bəlkə manyaklaşıb? İlkin evli deyil. Meyit tapılan yerdən onların evinin arasında bir küçə var. Əgər odursa, qızı iki ay harada saxlayıb?” Sakinlər deyir ki, Nərminin öldürülməsində daha bir şəxs də sorğu-sual edilir: "Həmin şəxs Gəncədə yaşayır. Əvvəllər bir müddət də həbs olunub. Həbsxanadan təzə gəlib. Bunlardan hansı olduğu açıqlanmır. Çox güman ki, axşama kimi onun kimliyi açıqlanar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR