Qaynar xətt:

(+99450) 247 90 86

Nərminin öldürüldüyü kənddə son vəziyyət - qatili xüsusi təlim keçmiş itlər axtarır - VİDEO

2020/01/09/1578546749_1578545736_1578386189_nermin.jpg

REDAKTORUN SEÇİMİ

774

09.01.2020, 09:08

Nərminin öldürülməsini hamı qınayır. Mən bir ağsaqqal kimi bu hadisəni vandalizm adlandırıram".
BAKU.WS xəbər verir ki, bu sözləri "İctimai" kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib. O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır.
Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub: "Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub". Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.