Qaynar xətt:

(+99450) 247 90 86

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

REDAKTORUN SEÇİMİ

772

29.07.2024, 20:35

Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.

 

Bu barədə Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib.

 

"Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd edilib.