Hacıbala Abutalıbov Qaxdan QOVULUB
03 Aprel 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5088
09.07.2024, 21:21
AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna ağır itki üz verib.
Bu gün İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun Həmkarlar Təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov qəfil vəfat edib.
Anar Hüseynov 1979-cu il iyunun 24-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 1996-2000-ci illərdə BDU-nun biologiya fakültəsinə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin universitetin "Mikrobiologiya və virusologiya" ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan alim Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri və həmçinin AMEA Mikrobiologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri vəzifələrinə seçilərək ömrünün sonuna qədər bu vəzifələri layiqincə yerinə yetirib.
Elm xadimi işlədiyi müddət ərzində Xəzər dənizinin və çay sularının, bulaqların mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplamış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqlarını müəyyən edərək, bu sahədə tanınmış mütəxəsis kimi özünü təsdiq etmişdir.
Həmçinin oxuyun
A.Hüseynov yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materialların müəllifi olub.
Kadr hazırlığında, institutun ictimai fəaliyyətində səmərəli fəaliyyət göstərib. Təssüf ki, qəfil ölüm onun elmi və ictimai fəaliyyətinə son qoydu.
Allah rəhmət eləsin!

13:04 / 04 Aprel 2026
67
12:59 / 04 Aprel 2026
86
12:52 / 04 Aprel 2026
260
12:36 / 04 Aprel 2026
889
12:33 / 04 Aprel 2026
62
12:20 / 04 Aprel 2026
288
11:36 / 04 Aprel 2026
60
09:53 / 04 Aprel 2026
90
09:52 / 04 Aprel 2026
121
09:47 / 04 Aprel 2026
85
09:40 / 04 Aprel 2026
757
01:04 / 04 Aprel 2026
331
23:59 / 03 Aprel 2026
389
23:49 / 03 Aprel 2026
369
23:35 / 03 Aprel 2026
305
23:14 / 03 Aprel 2026
313
22:59 / 03 Aprel 2026
213
22:48 / 03 Aprel 2026
361
22:30 / 03 Aprel 2026
375
22:16 / 03 Aprel 2026
129
21:49 / 03 Aprel 2026
139
21:47 / 03 Aprel 2026
130
21:37 / 03 Aprel 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.