Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

REDAKTORUN SEÇİMİ

273

07.05.2024, 22:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah saat 08:00-dan "Mayak-2"  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Oxu24.com-a “Azəriqaz” İB-dən bildirilib.

 

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.