Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
729
07.05.2024, 17:50
Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
AAYDA-dan verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazarın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.
"Keşlə Bazarı"nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun "Koroğlu" stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəldi.
Referans.az-ın əldə etdiyi məlumata görə, "Keşlə bazarı"nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.
Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirdi ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb:
“İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. “Keşlə bazarı”nın sökülməsi uzun zaman tələb edir ki, bunu la bağlı ciddi araşdırmalar aparılsın və təxminən nə qədər infrastruktur lazımdır və s. Binə və Sədərək vaxtilə hava limanının yanında yerləşirdi. Amma söküldü və Qaradağ rayonuna köçürüldü. “Təzə Bazar”ın özü də söküldü və yox elədilər”.
Ekspert qeyd edib ki, əsas məqsəd yol nəqliyyat ifrastrukturunun təşkili məsələsidir. Bu məsələnin özü AAYDA tərəfindən araşdırılıb və ciddi nəticələrinin olacağı gözlənilir.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda ərazidə profilaktik işlər aparılır və hansı obyektlərin sökülüb-sökülməyəcəyi araşdırılır.
“Bununla bağlı hazırda, həmin ərazidə qiymətləndirmə işləri aparılır. Hansı ərazidə hansı obyektlərin söküləcəyi dəqiqləşdirilir. Bununla bağlı öncədən hər hansı dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmaz. Yekun nəticə əldə olunsun, həmin zaman ictimaiyyətə məlumat veriləcək”. (Referans.az)
21:33 / 26 Noyabr 2026
1
21:27 / 26 Noyabr 2026
29
21:19 / 26 Noyabr 2026
54
21:08 / 26 Noyabr 2026
69
21:04 / 26 Noyabr 2026
465
20:55 / 26 Noyabr 2026
77
20:50 / 26 Noyabr 2026
71
20:38 / 26 Noyabr 2026
76
20:31 / 26 Noyabr 2026
82
20:26 / 26 Noyabr 2026
188
20:22 / 26 Noyabr 2026
78
20:09 / 26 Noyabr 2026
94
20:02 / 26 Noyabr 2026
112
19:58 / 26 Noyabr 2026
689
19:46 / 26 Noyabr 2026
117
19:30 / 26 Noyabr 2026
127
19:23 / 26 Noyabr 2026
167
19:13 / 26 Noyabr 2026
119
19:05 / 26 Noyabr 2026
233
18:59 / 26 Noyabr 2026
109
18:56 / 26 Noyabr 2026
137
18:48 / 26 Noyabr 2026
143
18:42 / 26 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.