Qaynar xətt:

(+99450) 247 90 86

DİN müğənninin qardaşının həbs səbəbini açıqladı +VİDEO

REDAKTORUN SEÇİMİ

333

23.02.2024, 19:46

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.


O, şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 (iyirmi min yüz) manat ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.