Nazirlər Kabineti bu məsələləri həll etməlidir -SƏRƏNCAM
20 Oktyabr 2026, 16:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1260
12.07.2025, 23:14
Qeyri-adi evlilik təklifinə görə oğlanı polis bölməsinə aparıblar.
Oxu24.com xəbər verir ki, Türkiyənin Adana vilayətində qeyri-adi evlilik təklifi polis bölməsində başa çatıb.
Şakir Karakaya (29) sevgilisi Nazlı Gümüşə (26) silahlı hücum ssenarisi ilə sürpriz evlilik təklifi hazırlayıb. Lakin ətrafdakılar bu hadisəni real sanaraq təcili yardıma və polisə məlumat verib. Nəticədə gənclər ifadə vermək üçün polis bölməsinə aparılıb.
Avtomobil təlim mərkəzində işləyən Karakaya, həm iş yoldaşı, həm də uşaqlıqdan sevdiyi Gümüş üçün unudulmaz bir an yaratmaq istəyib. Əvvəlcədən planlaşdırılmış ssenariyə görə, Topalak bölgəsində sevgilisi ilə görüşən Karakaya, avtomobildən düşdüyü anda motosikletdəki kasklı dostu silahla ona atəş açırmış kimi davranıb və eyni anda torpil partladılıb. Karakaya yerə yıxılaraq üstünə qırmızı qida boyası töküb və vurulmuş kimi davranıb.
Hadisənin şokunu yaşayan Gümüş, sevgilisinin yanına qaçıb, lakin orada "Evlənərsənmi mənimlə?" sualı ilə qarşılaşıb. Qorxu və qarışıqlıq içində olan gənc qadın təklifi qəbul edib.
Hadisəni izləyən insanlar isə səhnəni gerçək zənn edərək polisə və təcili tibbi yardıma zəng edib. Polis hadisə yerinə çatdıqda gənclər nə baş verdiyini izah etməyə çalışsalar da, məsələ ciddi qəbul edildiyi üçün Karakaya, Gümüş və hadisəyə qarışan dostları Yüzüncüyıl Polis Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı istintaq başladılıb. Sosial şəbəkələrdə geniş yayılan görüntülər isə həm tənqid, həm də maraqla qarşılanıb.
16:21 / 20 Oktyabr 2026
29
16:16 / 20 Oktyabr 2026
43
16:14 / 20 Oktyabr 2026
42
16:06 / 20 Oktyabr 2026
92
15:57 / 20 Oktyabr 2026
353
15:50 / 20 Oktyabr 2026
62
15:30 / 20 Oktyabr 2026
534
15:26 / 20 Oktyabr 2026
61
15:18 / 20 Oktyabr 2026
82
15:15 / 20 Oktyabr 2026
79
15:09 / 20 Oktyabr 2026
243
15:04 / 20 Oktyabr 2026
78
14:56 / 20 Oktyabr 2026
78
14:49 / 20 Oktyabr 2026
68
14:42 / 20 Oktyabr 2026
103
14:40 / 20 Oktyabr 2026
227
14:35 / 20 Oktyabr 2026
72
14:26 / 20 Oktyabr 2026
79
14:15 / 20 Oktyabr 2026
195
14:12 / 20 Oktyabr 2026
80
14:06 / 20 Oktyabr 2026
97
13:59 / 20 Oktyabr 2026
96
13:52 / 20 Oktyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.