Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
20 Oktyabr 2026, 16:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1372
12.07.2025, 14:40
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Xəbərə görə, iyulun 8-də baş tutan rəsmi görüş zamanı Donald Tramp qeyd edib ki, o, ABŞ-nin İrana qarşı zərbələr endirməsini istəmir. Bununla belə, Netanyahu xəbərdarlıq edib ki, əgər İran yenidən nüvə silahı hazırlamaq yoluna qədəm qoysa, İsrail kənarda dayanmayacaq. Tramp isə diplomatik həllə üstünlük verdiyini ifadə edib, lakin İsrailin mövqeyinə qarşı çıxmayıb.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib. /Oxu.Az
17:10 / 20 Oktyabr 2026
15
16:59 / 20 Oktyabr 2026
33
16:57 / 20 Oktyabr 2026
236
16:50 / 20 Oktyabr 2026
46
16:44 / 20 Oktyabr 2026
96
16:40 / 20 Oktyabr 2026
55
16:21 / 20 Oktyabr 2026
59
16:16 / 20 Oktyabr 2026
92
16:14 / 20 Oktyabr 2026
79
16:06 / 20 Oktyabr 2026
142
15:57 / 20 Oktyabr 2026
520
15:50 / 20 Oktyabr 2026
71
15:30 / 20 Oktyabr 2026
660
15:26 / 20 Oktyabr 2026
66
15:18 / 20 Oktyabr 2026
91
15:15 / 20 Oktyabr 2026
90
15:09 / 20 Oktyabr 2026
294
15:04 / 20 Oktyabr 2026
79
14:56 / 20 Oktyabr 2026
81
14:49 / 20 Oktyabr 2026
70
14:42 / 20 Oktyabr 2026
110
14:40 / 20 Oktyabr 2026
255
14:35 / 20 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.