Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
566
az

Qorxulu proqnoz: \"Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək\"

12:2113 Aprel, 2018
1243
  • A
2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək.

Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib.

Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır:

"Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır".

A.Əyyubova allergik xəstəliklərdən əziyyət çəkən körpələrə peyvəndin edilib-edilməməsinə də münasibət bildirib:

"Peyvənd tam sağlam uşağa vurulmalıdır. Bizdə peyvənd uşaqlara elə də çox fəsad vermir. Amma ağır fəsadlar verə bilər. Rusiya da açıq elan edir ki, sağlam uşaqlar cəmi 10 faizdir. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar, lakin bu, yalnız remisiya dövründə ola bilər. Uşaqlar, ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar".

A.Əyyubova valideynlərə xəbərdarlıq da edib: "Valideynlər diqqətsizlik edərək övladların mütəmadi şəkildə burun axmasına çox diqqət etmirlər. Lakin diatezli körpələr gələcəkdə bu və ya digər allergik xəstəliklərə meyilli olurlar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi