Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103535
az

"Bandotdel" bir çox ərazilərdə əməliyyata başladı: Xeyli sayda həbs edilən var +VİDEO

20:5727 Fevral, 2024
321
REDAKTORUN SEÇİMİ
  • A

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlar paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçiriblər.

 

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb.

 

Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

 

Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ