Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9730
az

Paşinyan Qarabağla bağlı ŞOK SƏNƏD QƏBUL ETDİ

19:1307 Fevral, 2019
1149
QARABAĞ
  • A
Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi.
Oxu24.com xəbər verir ki, “Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib.

Nəşrin yazdığına görə, söhbət Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasından gedir. Proqram 2018-ci ilin iyununda “məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi.

Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.

Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində “Artsax”ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.

Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi