Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan təhlükəsizlik orqanlarını Qarabağa yığdı – SƏBƏB?

Paşinyan təhlükəsizlik orqanlarını Qarabağa yığdı – SƏBƏB?

QARABAĞ

1219

05.11.2018, 17:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistanın hərbi və təhlükəsizlik strukturlarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Oxu24.com  xəbər verir ki, Xankəndində baş tutan görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan və Qarabağdakı separatçıların başçısı Bako Saakyan iştirak edib. İclasda qoşunların təmas xəttindəki və cəbhə bölgəsindəki vəziyyət müzakirə edilib.
İclasda Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, müdafiə naziri Davit Tonoyan, xarici işlər naziri Zohrab Mnatsakanyan, milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan, baş qərargah rəisi Artak Davtyan və Qarabağ separatçıları iştirakçılar arasında olub. Qeyd edək ki, Nikol Paşinyan 3 gündür Azərbaycanın işğal edilmiş ərazilərindədir.