Sabah bu ərazilərdə qaz olmayacaq
25 Noyabr 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
25.11.2026, 20:01
Amerika Birləşmiş Ştatlarının investorları işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını öyrənməkdə maraq göstərirlər. ABŞ Ticarət Palatasının nümayəndəsi Cennifer Miel bildirib ki, amerikalı şirkətlər kənd təsərrüfatı, müasir texnologiyalar, süni intellekt və məlumatların təhlili sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə bilərlər. Eyni zamanda ABŞ investorlarının gələn il sözügedən bölgələrə səfərinin planlaşdırıldığı qeyd olunur. Bu maraq regionun iqtisadi dirçəlişi, məşğulluq və Böyük Qayıdış prosesinin sürətlənməsi baxımından mühüm imkanlar açır. Xüsusilə aqrar sahəyə yeni texnologiyaların və analitik həllərin gətirilməsi yerli istehsalın genişlənməsinə və iqtisadi potensialın reallaşmasına təkan verə bilər. Bununla yanaşı, marağın real layihələrə çevrilməsi üçün institusional və inzibati mexanizmlərin səmərəli işləməsi tələb olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli ABŞ investorlarının bölgəyə diqqətinin yarada biləcəyi nəticələrdən və atılmalı addımlardan danışıb:
“Xarici sərmayədarların, o cümlədən ABŞ kimi böyük iqtisadi gücə malik ölkənin investorlarının Azərbaycanın azad edilmiş ərazilərinə maraq göstərməsi müsbət haldır”.
Natiq Cəfərlinin sözlərinə görə, bölgəyə yönələn investisiyaların həcmi artdıqca əhalinin doğma yurdlarına köç prosesi də daha sürətlə gedəcək:
“Məskunlaşma və əhalinin qayıdışı sürətləndikcə isə həmin ərazilərin ümumi Azərbaycan iqtisadiyyatına verəcəyi töhfə daha da böyüyəcək. Bu əməkdaşlıq və sərmayə axını bərpa olunan enerji və kənd təsərrüfatından tutmuş turizmə qədər bir sıra istiqamətləri əhatə edə bilər”.
O vurğulayıb ki, dövlətin artıq mövcud təşviq proqramları da bu prosesdə əhəmiyyətli rol oynayır:
“Məsələn, Arazboyu iqtisadi zonada investisiyaların uzun müddətə vergilərdən və müxtəlif gömrük rüsumlarından azad olunması sərmayədarlar üçün cəlbedici mexanizmlərdəndir”.
Natiq Cəfərlinin fikrincə, marağın konkret və uğurlu investisiya layihələrinə çevrilməsi üçün əsas məsələ investorların Azərbaycanda çevik və sürətli işləməsinə şərait yaradan mexanizmlərin hazırlanmasıdır. O qeyd edib ki, prosesdə süründürməçiliyə yol verilməməli, investorlarla birbaşa çalışan dövlət qurumları öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməlidirlər. Ekspertin qənaətincə, məhz bu şərtlər təmin olunduqda investisiya mühitinin və sərmayələrin daha böyük səmərəsi görünəcək.
Çimnaz Telmanqızı
20:14 / 25 Noyabr 2026
14
19:57 / 25 Noyabr 2026
51
19:49 / 25 Noyabr 2026
60
19:41 / 25 Noyabr 2026
58
19:40 / 25 Noyabr 2026
76
19:24 / 25 Noyabr 2026
138
19:21 / 25 Noyabr 2026
66
19:06 / 25 Noyabr 2026
79
18:57 / 25 Noyabr 2026
947
18:54 / 25 Noyabr 2026
89
18:54 / 25 Noyabr 2026
77
18:48 / 25 Noyabr 2026
90
18:47 / 25 Noyabr 2026
143
18:39 / 25 Noyabr 2026
107
18:30 / 25 Noyabr 2026
102
18:28 / 25 Noyabr 2026
113
18:17 / 25 Noyabr 2026
127
18:13 / 25 Noyabr 2026
703
18:11 / 25 Noyabr 2026
147
18:02 / 25 Noyabr 2026
210
18:00 / 25 Noyabr 2026
114
17:49 / 25 Noyabr 2026
198
17:35 / 25 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.