Qaynar xətt:

(+99450) 247 90 86

"Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib 

\"Temu\"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib 

CƏMİYYƏT

26

25.11.2026, 17:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməsi və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma yekunlaşıb.

Oxu24.com  bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.

Bununla əlaqədar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Hazırda işə baxılması prosesi davam edir.