Qaynar xətt:

(+99450) 247 90 86

Fransada Google-ın 1,9 milyard avro dəyərində aktivləri müsadirə edilib

Fransada Google-ın 1,9 milyard avro dəyərində aktivləri müsadirə edilib

DÜNYA

39

25.11.2026, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa məhkəmələri Google-un Fransadakı 1,9 milyard avro dəyərində aktivlərinə qarşı məhkəmə qadağası çıxarıb.

Vəkil Uilyam Cülyerin sözlərinə görə, aktivlər Rusiya şirkəti Google MMC-nin Google Ireland Limited-ə qarşı qaldırdığı iddia ilə əlaqədar olaraq dondurulub.

"Çərşənbə günü məhkəmə icraçısı şirkətə 1,9 milyard avro məbləğində məhkəmə qadağası bildirişi təqdim etmək üçün Google France-ın baş ofisinə gəlib", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, bu, şirkətin bank hesablarını birbaşa dondurmur. Qadağa, Google France-ın İrlandiyadakı törəmə şirkətinə müqavilə münasibətləri çərçivəsində borclu olduğu öhdəliklərlə bağlıdır və bu münasibətlərdə Fransa şirkəti üçüncü tərəf kimi çıxış edir.

Oktyabr ayında Moskva məhkəməsi Google-u Rusiya qanunlarını pozduğuna görə 3,8 milyon rubl cərimələyib.

Jalə