Bakıda oğurladığı pulla özünə “iPhone 18” alan şəxs tutulub
25 Noyabr 2026, 15:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
59
25.11.2026, 16:05
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.
Oxu24.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, keçmiş icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:
1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;
2. Bağ evi;
3. Qeyri-yaşayış sahələri (obyektlər);
4. Üç bahalı minik avtomobili;
5. Doğulduğu Göyçay rayonunda bağ evi.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.
Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
Eks-icra başçısının işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə keçiriləcək.
Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
15:59 / 25 Noyabr 2026
35
15:41 / 25 Noyabr 2026
295
15:32 / 25 Noyabr 2026
144
15:30 / 25 Noyabr 2026
99
15:26 / 25 Noyabr 2026
91
15:22 / 25 Noyabr 2026
84
15:19 / 25 Noyabr 2026
92
15:10 / 25 Noyabr 2026
132
15:03 / 25 Noyabr 2026
180
14:58 / 25 Noyabr 2026
93
14:57 / 25 Noyabr 2026
106
14:33 / 25 Noyabr 2026
104
14:30 / 25 Noyabr 2026
127
14:29 / 25 Noyabr 2026
98
14:21 / 25 Noyabr 2026
108
14:03 / 25 Noyabr 2026
457
14:02 / 25 Noyabr 2026
132
14:00 / 25 Noyabr 2026
137
13:56 / 25 Noyabr 2026
129
13:47 / 25 Noyabr 2026
111
13:45 / 25 Noyabr 2026
120
13:27 / 25 Noyabr 2026
814
13:15 / 25 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.