Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
694
07.03.2022, 18:23
Dünyanın başının Ukrayna böhranına qarışdığı bir vaxtda Ermənistan parlamentində Azərbaycanla sülh məsələsi müzakirə olunub.
Qalmaqallı baş nazir Nikol Paşinyan sülh göyərçini obrazına bürünərək yenidən açıqlamaları ilə gündəmi zəbt edib.
Ermənistan daxilində belə bir düşüncə var ki, Paşinyan hər vəchlə Azərbaycanla razılığa gəlmək istəsə də, ona tabe olmayan "Qarabağ klanı” müsbətə doğru başlanacaq bütün prosesləri əngəlləməyə çalışır.
Qarabağda gedən proseslərə də diqqət yetirdikdə görürük ki, baş nazir nə vaxt sülhlə bağlı çıxışlar edirsə, erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar.
Azərbaycanın 44 günlük Qarabağ zəfərindən sonra Ermənistanın hazırkı hökuməti ilə müxalifət nümayəndələrinin ulduzu barışmır. Tərəflər bir-birini vətənə xəyanətdə ittiham edir. Bir neçə həftə öncə isə Nikol Paşinyan onu xain adlandıran "Ermənistan” və "Mənim şərəfim var” partiyasının üzvlərini real faktlar qarşısında susmağa məcbur etdi.
Belə ki, baş nazir Qarabağın itirilməsinə görə onu ittiham edənlərə səslənərək bildirdi ki, əgər Qubadlını erməni torpağı sayırdınızsa, niyə onu müzakirə predmetinə çevirirdiniz?
Ermənistanda yaşanan son proseslər onu deməyə əsas verir ki, ölkə daxilində ciddi parçalanma var. Hazırkı hakimiyyətin qərarlarına mane olan qüvvələr ciddi cəhdlə çalışır ki, Qarabağda sülh olmasın. Lakin ermənilər də yaxşı bilir ki, regionun taleyi üçün son qərarı Azərbaycan verir.
Daha ətraflı Baku TV-nin süjetində:
10:03 / 04 Noyabr 2026
15
10:00 / 04 Noyabr 2026
22
09:54 / 04 Noyabr 2026
45
09:52 / 04 Noyabr 2026
41
09:43 / 04 Noyabr 2026
46
09:31 / 04 Noyabr 2026
54
09:30 / 04 Noyabr 2026
51
09:25 / 04 Noyabr 2026
52
09:22 / 04 Noyabr 2026
90
09:12 / 04 Noyabr 2026
73
09:05 / 04 Noyabr 2026
359
09:00 / 04 Noyabr 2026
100
08:58 / 04 Noyabr 2026
95
08:58 / 04 Noyabr 2026
845
08:47 / 04 Noyabr 2026
101
05:10 / 04 Noyabr 2026
199
01:45 / 04 Noyabr 2026
1910
01:07 / 04 Noyabr 2026
334
00:56 / 04 Noyabr 2026
496
00:38 / 04 Noyabr 2026
643
00:30 / 04 Noyabr 2026
670
00:29 / 04 Noyabr 2026
251
00:18 / 04 Noyabr 2026
423
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.