Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
3076
04.03.2021, 19:55
Serj Sərkisyanla əməkdaşlıq barədə danışıqlar olmayıb.
Oxu24.com axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, Respublikaçılar Partiyasının bu aksiyada müxalifət hərəkatının bir hissəsi kimi çıxış etdiyini bildirib.
Köçəryan, həmçinin Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın günahkar olmasıyla bağlı suala cavab verməkdən yayınıb:
"Bu proseslərə gətirib çıxaran (2018-ci ilə) problemlər olub. Lakin aydındır ki, burada texnologiyalar tətbiq edilib, aktiv şəkildə erməni olmayan qüvvələrin xarici müdaxiləsi olub".
O, generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib:
"Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb".
Köçəryan buna nümunə kimi Cənubi Koreya və Misiri göstərib. Bununla belə o, sözlərinin hansısa tərəfə yozulmamasını tələb edib.
Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:
"Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir".
Köçəryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib.
16:37 / 13 Noyabr 2026
11
16:29 / 13 Noyabr 2026
20
16:08 / 13 Noyabr 2026
136
16:00 / 13 Noyabr 2026
61
15:42 / 13 Noyabr 2026
256
15:37 / 13 Noyabr 2026
80
15:30 / 13 Noyabr 2026
77
15:01 / 13 Noyabr 2026
92
14:59 / 13 Noyabr 2026
200
14:50 / 13 Noyabr 2026
101
14:46 / 13 Noyabr 2026
92
14:33 / 13 Noyabr 2026
99
14:24 / 13 Noyabr 2026
521
14:17 / 13 Noyabr 2026
428
14:12 / 13 Noyabr 2026
97
14:05 / 13 Noyabr 2026
180
14:00 / 13 Noyabr 2026
99
13:43 / 13 Noyabr 2026
207
13:41 / 13 Noyabr 2026
100
13:20 / 13 Noyabr 2026
97
13:05 / 13 Noyabr 2026
242
12:57 / 13 Noyabr 2026
167
12:45 / 13 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.