Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
29 İyul 2025, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86QARABAĞ
1404
11.11.2020, 20:27
Azərbaycan 45 günlük Vətən müharibəsini tam qələbə ilə başa vurdu, bu proses Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan təkcə hərbi yolla 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.
Open.az xəbər verir ki, hərbi əməliyyatlar zamanı Ermənistan ordusu və separatçı birləşmələr çökdürüldü. Onlar artıq döyüşlərin son günlərində atəşkəs ərəfəsində vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələr formasında fəaliyyət göstərirdilər. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda hətta zəif ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.
Ermənistanda hərbi sferadan sonra siyasi və iqtisadi çöküş də başladı. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb.
Azərbaycan döyüşlərin son mərhələsində Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar ölkəni xaosa sürükləyir. Paşinyan məğlubiyyətin günahını ondan əvvəlki rəhbərlərin üzərinə ataraq orduya kifayət qədər pul ayrılmamasını bildirib. Ermənistanın hərbi rəhbərliyi isə Azərbaycanın beşinci nəsil silahlarla vuruşduğunu, Ermənistan ordusu ilə müqayisə olunmayacaq dərəcədə güclü olduğunu elan etdi.
Ermənistan 30 il ərzində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Hazırkı bəyanat danışıqlar prosesinin müxtəlif mərhələlərindəki təkliflərin Azərbaycan üçün ən sərfəli variantından belə üstündür. 45 günlük müharibənin ölkəmiz üçün bir çox üstünlükləri var, amma əsas yekun məsələ budur: Azərbaycanın ərazi bütövlüyü bərpa olundu!
Həmçinin oxuyun
Və sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsasən həll edilir.
Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil
Millət vəkili Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Laçın dəhlizində təhlükəsizliyə Azərbaycanın təminat verməsi birbaşa müdaxilə etmək imkanımızı bizdə saxlayacaq:
“Sülhməramlı kontingentin sayının süni şəkildə artırılmaması, orada Azərbaycana uyğun olmayan şəxslərin yerləşdirilməməsi, həmin ərazidən gedən yüklərin yoxlanılmasına nəzarət edəcəyik. Yük avtomobillərin içində silah-sursat, partlayıcı maddələr və digər qanunsuz yüklərin daşınmasının qarşısı alınacaq. Ermənilərin Gorusdan Xankəndinə gedib-gəlmələrinə Azərbaycan dövlət məmurları nəzarət edəcək. Sülhməramlılar isə yolu qoruyacaqlar ki, həmin dəhlizdə tərəflər arasında hər hansı problem çıxmasın. Amma dəhlizin yükdaşımalarına Azərbaycan nəzarət edəcək. Laçın dəhlizi Azərbaycan dövlətinin ərazisi kimi qalır və burada sülhməramlıların yerləşdirilməsinə Azərbaycan razılıq verir. Ermənistanda Mehri yolu da Ermənistan ərazisi olaraq qalır, lakin orada təhlükəsizliyə Rusiya təminat verir.
Ermənistan öz sərhədlərini özü qoruya bilmir, bunu Rusiya həyata keçirir. Ermənistan məğlub dövlət kimi öhdəlik götürüb və buna əməl etməlidir. Əgər əməl etməsə, gələcəkdə Azərbaycan istənilən vaxt döyüş əməliyyatlarına başlamaq ixtiyarı var. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilir. İnzibati ərazi hakimiyyəti bizdə olacaq və ermənilər Azərbaycan bayrağı altında yaşayacaqlar. Hər bir rayonda Azərbaycan dövlətinin atributları olacaq, oranın artıq Ermənistana heç bir aidiyyatı yoxdur. Orada sadəcə Azərbaycan vətəndaşı olacaq ermənilər yaşaya biləcək. Polis də, məhkəmə də bizim olacaq”.
02:24 / 11 Avqust 2025
Türkiyədə güclü zəlzələ oldu - Ölən var - YENİLƏNİB - VİDEO - FOTO
44
23:57 / 10 Avqust 2025
Bu davranışlar gənc yaşda infarkta səbəb olur
60
23:27 / 10 Avqust 2025
Bakıda ŞOK! Arvad ərin başını kəsib? - VİDEO
1717
23:08 / 10 Avqust 2025
DYP əlini pəncərədən çölə çıxaran sürücülərin hansı halda cərimələnəcəyini AÇIQLADI
511
23:06 / 10 Avqust 2025
Avqust 3 BÜRC üçün 2025-ci ilin ən şanslı ayı olacaq
72
23:02 / 10 Avqust 2025
Dənizdə batan var
57
22:59 / 10 Avqust 2025
Boşanan cütlük 29 toyuğu bölüşdürə bilmədi - Məhkəmədə görün nə təklif etdilər
95
22:53 / 10 Avqust 2025
Türkiyədən son DƏQİQƏ XƏBƏRİ
158
22:37 / 10 Avqust 2025
Deputatın canlı efirdə dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” — VİDEO
400
22:16 / 10 Avqust 2025
İran prezidentindən Zəngəzur dəhlizi AÇIQLAMASI
1509
22:09 / 10 Avqust 2025
"Ağ Ev"ə gedən yol... Elə bilirsiniz asan olub?..
74
22:06 / 10 Avqust 2025
Ərdoğandan zəlzələ ilə bağlı ilk - Açıqlama
254
21:44 / 10 Avqust 2025
Türkiyədə güclü zəlzələ baş verib
626
21:40 / 10 Avqust 2025
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirib
56
21:06 / 10 Avqust 2025
İlham Əliyevi kimlər təbrik ETDİ? - SİYAHI
1870
20:43 / 10 Avqust 2025
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
796
18:05 / 10 Avqust 2025
Volodimir Zelenski İlham Əliyevə zəng edi
190
17:45 / 10 Avqust 2025
Qəzzada ərzaq böhranı - Acından ölənlərin sayı artdı
74
16:30 / 10 Avqust 2025
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
94
12:07 / 10 Avqust 2025
ABŞ-də silahlı insident: 6 nəfər yaralandı
116
10:38 / 10 Avqust 2025
Aydan öldü
180
10:25 / 10 Avqust 2025
Çaqqallar kəndə hücum etdi
576
09:59 / 10 Avqust 2025
Gədəbəydə kişi pilləkəndən yıxılıb öldü
129
09:45 / 10 Avqust 2025
“İran Zəngəzur dəhlizinin açılmasına mane olacaq”
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.